Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 15:56:00
9 ayda 20 mindən çox azyaşlı qız ərə verilib

İran Statistika Mərkəzi aprelin 7-də açıqladığı hesabatda bildirib ki, ölkə üzrə son 9 ayda 1085 azyaşlı qız ana olub, 551 boşanma halı qeydə alınıb.

AzEdu.az xəbər verir ki, rəsmi məlumatlara görə, yanvar ayında başa çatan doqquz ay ərzində İranda yaşı 15-dən az olan 20 mindən çox qız ərə verilib.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rehman uşaq evliliklərinin yayılmasının ciddi problem olduğu barədə həyəcan təbili çalıb:

"İran qanunlarının qızlar üçün nikah yaşını 13-dən aşağı müəyyən etməsi və ondan da kiçik qızlara valideynin və məhkəmənin razılığı ilə ərə getməyə icazə verilməsi qəbuledilməzdir".

Bəzi qadın hüquqları müdafiəçiləri minimum nikah yaşının qızlar üçün 16-ya, oğlanlar üçün isə 18-ə qaldırılmasını  təklif etsələr də, bu təklif Keşikçilər Şurası tərəfindən rədd edilib.

İnsan haqları təşkilatlarının bildirdiyinə görə, erkən evlilik  qız və oğlanların uşaqlığını əllərindən alır və onların hüquqlarının pozulması deməkdir. Çox vaxt erkən hamiləlik, pis sağlamlıq, aşağı təhsil və sosial təcrid, yoxsulluqla mübarizəyə mane olur.