Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 14:42:00
Kimyəvi hücuma məruz qalan tələbə qız öldü

Keçən ay Tehrandakı məktəbə qarşı kimyəvi hücumdan sonra xəstəxanaya yerləşdirilən Kamyaran şəhərindən olan kürd tələbə faciəvi şəkildə dünyasını dəyişib.

AzEdfu.az xəbər verir ki, Hengav İnsan Haqları Təşkilatı bildirib ki, Tehranda yaşayan 16 yaşlı Karo Paşabadi kimyəvi hücumdan üç həftə sonra xəstəxanada vəfat edib. O, martın 15-də kimyəvi hücumda istifadə edilən zəhərli qazla nəfəs aldıqdan sonra xəstəxanada yerləşdirilmişdi.

Gənc qızın cənazəsi Kordestan vilayətinin Kamyaran şəhərinin Paşavah kəndində torpağa tapşırılıb. Karo Paşabadi kimyəvi hücumun ilk qurbanı deyil. Başqa bir uşaq - 11 yaşlı Fatemeh Razaei  də  30 noyabrda başlayan və ölkə daxilində yüzlərlə məktəbi əhatə edən kimyəvi hücum nəticəsində həyatını itirib.

İrandakı qızların oxuduğu məktəblərdə baş verən zəhərlənmələr nəticəsində minlərlə şagird, əsasən qızlar, tənəffüs çətinliyi, əzalarında uyuşma, ürək döyüntüsü, baş ağrısı, ürəkbulanma və qusma kimi simptomlarla xəstəxanaya yerləşdirilmişdi.

Bu arada Hengaw İnsan Hüquqları Təşkilatı həmçinin bildirib ki, əsasən kürdlərin məskunlaşdığı Saqqez şəhərindəki üç orta məktəbin şagirdləri bazar günü zəhərləndiklərinə görə tibb mərkəzlərinə aparılıb. Zəhərlənmə halları Novruz bayramı tətili ilə əlaqədar dayanmışdı. Tətildən sonra isə ölkənin müxtəlif bölgələrindən yeni hadisələr barədə məlumatlar gəlir.

Amma bu iki ölümə qədər hesab olinurdu ki, kimyəvi hücum ölümlə nəticələnmir. Zəhərlənənlər qısa müalicə aldıqdan sonra evlərinə buraxılırdılar. Amma ölüm faktının qeyd olunması bəlkə İran hökumətini hərəkətə gətirə.

Sadə iranlılar bu işdə hakimiyyəti, xüsusilə SEPAH-ın əli olduğuna inanırlar. Rejimin günahkarları tapmaqda maraqlı olmaması bu şübhələri artırır. Orada hesab edirlər ki, ruhanilər bu yolla qızların baş örtüyündən kütləvi imtinasının qarşısını almağa çalışır.