Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 12:40:00
Ali məktəblərimiz niyə dünya universitetlərindən geri qalır?..

Azərbaycan universitetlərinin dünya universitetlərinin reytinq sırasında geri qalmaları bu gün təhsil ictimaiyyətini düşündürən əsas məsələlərdən biridir. Baxmayaraq ki, müstəqilliyimizi bərpa etdikdən sonra ali təhsil sahəsində ciddi dəyişikliklər edilib və hələ də edilməkdədir. 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Bakı vlət Universitetinin dosenti Əlimusa İbrahimov Azərbaycan universitetlərinin dünya üzrə reyting sıralamasında yer ala və yaxud irəli gedə bilməməsini şərh edib. Dosent problemin həm obyektiv, həm də subyektiv səbəblərindən danışıb.

 

“Bu gün Azərbaycan təhsili, universitetlərimiz 30 il əvvəlkindən tamamilə fərqlənir. Amma bütün bu dəyişikliklərə baxmayaraq həm orta, həm də ali təhsilimizin yüksək səviyyədə olması barədə ürəkdolusu danışa bilmirik. Universitetlərimizin dünya universitetlərinin reyting cədvəlində yer tuta bilməməsi indi respublikamızda hamını narahat edir. Elm və təhsili yüksək səviyyədə olmayan ölkə heç digər sahələrdə də ciddi qəbul oluna bilmir. Belə olan halda elm və təhsil sahəsində geri qalmamğımızın səbəbi nədir? Nə üçün xarici ölkə universitetləri ilə yanaşı gedə bilmirik7”.

 

 

Ə.İbrahimov çıxış yolunu milli proqramın hazırlanmasında görür.

 

“Təbii ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Biz cəmi 30 ildir ki, dünya təhsil sisteminə inteqrasiya olunmağa başlamışıq və bu qısa müddətdə dünyanın aparıcı univeristetləri ilə rəqbətə davam gətirməyi gözləmək düzgün olmazdı. Amma bu sahədə irəliləyişin olmamasını da bağışlamaq mümkün deyil. Düşünürəm ki, təhsilimizin daha da inkişaf etdirilməsi, tanınmış universitetlərlə yanaşı getməyimiz üçün milli proqram hazırlanmalıdır”.

 

Ekspert deyib ki, ilk növbədə orta məktəblərimizdə təhsilin səviyyəsi qaldırılmalı, repetitorlar siniflərə qaytarılmalıdır.

 

“Cəmiyyətimizin bütün təbəqələri bu işdə səfərbər olunmalı və hər kəs öz bəhrəsini verməlidir. Əlbəttə ki, ilk növbədə orta məktəblərimizdə təhsilin səviyyəsi qaldırılmalı, repetitorlar siniflərə qaytarılmalıdır. Sonra universitetləredə çalışan professor-müəllim heyətinə qayğı artırılmalıdır. Bu gün biz univetrsitetdə dərs deyən müəllimlərimizin təminatını da xarici universitetlərdə dərs deyən müəllimlərin təminatı ilə müqayisə etməliyik. Xarici universitetdəki müəllimlərdən təminata görə 10 dəfədən artıq geri qalan müəllimlərimizin çalışdığı ali məktəb, xarici universitetlərlə müqayisədə hansı yeri tutmalıdır?”.