Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 10:15:00
Yol hərəkəti qaydaları məktəb proqramlarına salınır

Ukrayna Radasının Təhsil, Elm və İnnovasiyalar Komitəsi yol hərəkətinin təhlükəsizliyi yüksəldilməsi məqsədi ilə yol hərəkəti qaydalarının orta məktəblərdə tədris olunmasını nəzərdə tutan qanunu ilkin oxunuşda müzakirə edərək yenidən işlənmək üçün geri qaytarıb.

Bununla əlaqədar olaraq “Təhsil haqqında”, “Məktəbəqədər Təhsil Haqqında”, “Ümumi Orta Təhsil Haqqında”  qanunlara əlavələr etmək nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, yol hərəkəti qaydaları Avropadakı məktəblərin demək olar ki, hamısında tədris proqramlarına  salınıb.

Bu qaydaların Ukraynadakı orta məktəblərə tətbiq edilməsi Avropa təhsil strukturlarına inteqrasiya sahəsində  tələb olunan islahatlarda əks olunub. Rusiya təhsil sistemindən uzaqlaşıb Avropa təhsil məkanına qovuşmaq bu gün Ukrayna üçün ən vacib məsələlərdən hesab olunur.