Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 09:58:00
Əhali məktəblərdə rus dilinin tədrisinə qarşıdır

Ukraynalıların əksəriyyəti hesab edirlər ki, orta məktəblərdə rus dilinin tədris olunmasına artıq ehtiyac yoxdur.

AzEdu.az xəbər verir ki, Kiyev beynəlxalq sosiologiya institutunun sorğusu bunu deməyə əsas verir.

Qeyd edilir ki, orta məktəblərdə rus dilinin tədris olunmasının əleyhinə çıxanların sayı getdikcə artır.

2019-cu ildə keçirilən sorğunun nəticələrinə görə, rəyi soruşulanlardan cəmi 8 faizi rus dilinin orta məktəblərdə tədris olunmasının əleyhinə çıxırdı. İndi isə bu rəqəm 52 faizə çatıb. Rus dilinin tədris olunmasını dəstəkləyənlərin sayında da ciddi dəyişiklik var. 1998-ci ildəki rəy sorğusunda iştitrak edənlərdən 46 faizi rus dilinin tədrisinin Ukrayna dilinin tədrisi ilə bərabər aparılmasının tərəfdarı idilər. 2019-cu ildə bu rəqəm 30 faizə düşmüşdü. Son rəy sorğusuna əsasən isə bu rəqəm  cəmi 3 faiz təşkil edir.

Ukraynalıların əksər hissəsi rus dilinin məktəb proqramlarından tamamilə çıxarılmasını da istəmir. Onlar bu dilin digər xarici dillər səviyyəsində tədris edilməsinə tərəfdar çıxırlar.