Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 11:47:00
Bu il ölkədə 6 xarici universitetin filialı açılacaq

Qazaxıstan ali təhsil sahəsində Avropa və Amerikanın ən nüfuzlu universitetləri ilə əlaqə saxlayır. Bu gün orada İnformasiya Texnologiyaları, elm və kənd təsərrüfatının müxtəlif sahələrində dünyanın ən aparıcı unuversitetlərinin məzunlarına rast gəlmək mümkündür. Maraqlı burasıdır ki, Qazaxıstandan olan gənclər ali təhsil ardınca xarici ölkə universitetlərinə üz tutarkən onalar məhz oxuyub və ölkəyə geri qayıtmaq məqsədi güdürlər. Xarci universitetləri bitirən qazaxıstanlı gənclərin demək olar ki, hamısı əmək fəaliyyətlərini davam etdirmək üçün geri qayıdır. Amma təhsilini davam etdirmək istəyənlər üçün də dövlət tərəfindən zəruri şərait yaradılır.

AzEdu.az xəbər verir ki, dövlət xarici universitetləri bitirən məzunların işlə təmin olunması və dünya standartlarına bərabər maaşla təmin olunmasını öz öhdəsinə götürüb.

Xaricə təhsil almaq üçün getmək istəyənlər yetərincə çoxdur və artan tələbi qarşılamaq üçün dövlət ölkə daxilində Avropa, Asiya və Amerikanın ən nüfuzlu universitetlərinin filiallarını açmağı qərarlaşdırıb.

2023-cü ildə 6 belə filial açılacaq. Bu filiallarda təhsil ödənişli, həm də dövlətin ayırdığı təhsil qrantları hesabına olacaq. Müəyyən mərhələdən sonra tələbələr təhsillərini əsas uniuversitetdə davam etdirmək imkanı da qazanacaqlar.  Xaricdə təhsillə bağlı maliyyə məsələləri də dövlətin fəal müdaxiləsi nəticəsində həll olunur.

Bu filiallarda yaxın xarici ölkələrdən tələbələrin də ödənişli əsaslarla təhsil alacağı gözlənilir.

Çox maraqlı layihədir. Bizim də bu təcrübəni öyrənməyimizə dəyər.