Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 11:36:00
Finlandiya təcrübəsi təhsildəki problemləri həll edəcəkmi?

Özbəkistanda orta məktəblərdə Finlandiya təhsil sistemini tətbiq etmək istəyirlər. Amma digər ölkənin təcrübəsini olduğu kimi köçürmək ciddi problemlər yarada bilər. Bu məsələ ətraflı şəkildə tədqiq edilməli və yerli şəraitə, mentalitetə uyğunlaşdırılmalıdır.

AzEdu.az xəbər verir ki, bu barədə Özbəkistan təhsilinin aparıcı ekspertləri bildiriblər.

Özbəkistanda həm orta, həm də ali təhsil sahəsində ciddi problemlər var və bu, ən yüksək səviyyədə təsdiq olunur.

Son zamanlar Prezident Şavkat Mirziyoyev bir neçə dəfə bu sahədə ciddi tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Artıq Finlandiyanın elm və təhsil sahəsindəki təcrübəsinin Özbəkistanda tətbiq etmək məqsədi ilə öyrənilməsinə başlanılıb. Bu məqsədlə təhsil işçiləri və ekspertlərdən ibarət komissiya da yaradılıb. İlk mərhələdə orta məktəb sahəsində təcrübənin öyrənilməsi və tətbiq edilməsi qərara alınıb.

Finlandiya tərəfi ilə danışıqlar aparılır və qarşılıqlı səfərlər artıq təşkil olunub.

Bəs Finlandiya təhsil sistemini Özbəkistan üçün cəlb edən xüsusiyyətlər hansılardır?  

Azedu.az təhsil portalı olaraq bu barədə oxucularımıza əlavə məlumat verməyə çalışacağıq.