Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 14:31:00
İran savadsızlar ölkəsinə çevrilir

İranda təhsil almayan insanların sayı getdikcə artır.

AzEdu.az xəbər verir ki, bu ölkənin parlamentindəki Tədqiqat mərkəzinin məlumatına görə, son 6 ildə təhsil almayanların sayı 17 faiz artıb.

Ölkədə yaşayan əhali arasında təhsil almayanların sayı artıq 30 milyona yaxınlaşır. Savadsızlıq qadınlar və milli azlıqlar arasında daha geniş yayılıb. Çünki İran dövləti qadınların ciddi savad almasının ümumiyyətlə tərəfdarı deyil. Son hadisələr zamanı qadınların qarşıdurmaların önündə getməsi bu sahəyə İran hökumətinin təzyiqinin artması ilə müşayiət olunub. Savadsızlığın Sistan, Bəlucistan, Qərbi Azərbaycan, Şimali Xorasan, Xorasan-Rezavidə daha sürətlə artdığı bildirilir.

Qadın məktəblərində kütləvi zəhərlənmə hadisələrinin baş verməsi savadsızlığın daha da artması ilə nəticələnəcək.