Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 15:23:00
Dərslər erkən saatlarda başlaya bilər - Nazir də RAZIDIR

Elm və təhsil naziri Emin Əmrullayev son açıqlamalarından birində deyib ki, əgər valideynlər dərsin saat 9:00-da başlamasını istəyirsə, bu mümkündür:
“Bizim üçün tənzimləyici qurum olaraq dərsin 8:00-da və ya 9:00-da başlamasının fərqi yoxdur. Məktəb öz vəziyyətinə baxıb qərar verə bilər”.

Bu açıqlama dərslərin erkən saatlarda başlamasının mümkünlüyün göstərir

 

Elm və Təhsil Nazirliyi mövzu ilə bağlı AzEdu.az-ın sorğusuna cavabında bildirib: “Dərs saatlarının tənzimlənməsi məktəbin infrastrukturu, sıxlığı və növbəliliyi nəzərə alınmaqla həmin məktəb pedaqoji şurası tərəfindən qərara alınır”.

 

Təhsil eksperti Qoşqar Məhərrəmov saytımıza açıqlamasında məsələyə daha geniş aydınlıq gətirib.

 

“Nazirin dediklərində həqiqət payı var. Dərslərin başlanma saatına məktəblər valideyn və müəllim heyəti ilə birlikdə qərar verə bilər. 

Onu da qeyd edim ki, dərslərin erkən saatda başlaması şagirdlərə ziyanlı deyil. Belə bir şey elmi tədqiqatlarla sübut olunmayıb. Şagirdlər 07:30-da 08:00-da dərsə başlaya bilərlər, bu normaldır. Bu sistem hər yerdə belədir. Amma məlumdur ki, bəzi məktəblərdə normadan artıq sayda şagird təhsil alır, buna görə də onlar dərsə tez saatlarda başlamaq məcburiyyətindədir. Bu səbəbdən 2 növbəli, hətta 3 növbəli məktəblərimiz var. Bu təhsil müəssisələrinin dərslərə gec başlamaq ehtimalı yoxdur.

Ümumiyyətlə, məktəblərdə şagird sıxlığı bir daha nəzərdən keçirilməlidir. Niyə bəzi məktəblərdə sıxlıq var, bəzilərində isə normadan aşağı sayda şagird?

Əlbəttə ki, bunun obyektiv və subyektiv səbəbləri var. Məsələnin həlli yolu kimi bəzi məktəblərdə servislər təşkil oluna bilər. Deyək ki, Xırdalanın hansısa bir məktəbində normadan iki və ya üç dəfə çox şagird sayı varsa, həmin şagirdlər üçün servis təşkil olunarsa, oraya yaxın ərazilərdəki başqa məktəbə gedərlərmi? Ancaq belə olduqda şagird sıxlığı məktəblərdə ciddi problemə yol açır və nizam-intizam çətinlikləri yaranır”.