Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 12:09:00
Türkiyədə yeni zəlzələ ehtimalı - Tələbələrimizə xəbərdarlıq olunub? - ÖZƏL

Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bu gün bütün dünyanın diqqət mərkəzindədir. Bu hadisə nəticəsində artıq həyatını itirənlərin sayı 35 mini, yaralıların sayı isə 105 mini ötüb. Həyatını itirən 10 nəfər soydaşımızın 4-ü tələbədir.

Zəlzələnin yenidən digər şəhərlərdə olma ehtimalı hər kəsi narahat edir. Hətta İstanbulda güclü zəlzələ olacağına dair proqnozlar səsləndirilb. Hazırda Türkiyədə bir çox universitetlər distant təhsilə keçib. Ancaq bəzi praktiki fənlər üzrə təhsil alan tələbələr tədrisin onlayn rejimə keçirilməsindən şikayətçidir.

Bəs tələbələrə hansısa yeni xəbərdarlıqlar olunubmu? 

İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsində təhsil alan azərbaycanlı tələbə Ülkər Hüseynova AzEdu.az-a deyib ki, universitet tərəfindən onlara rəsmi xəbərdarlıq olunmayıb: 

“Bildiyimiz kimi, zəlzələ təhlükəsi Türkiyə kimi seysmik ərazidə yerləşən ölkə üçün elə də sürpriz deyil. Alimlər 30 ildir bu məsələ ilə bağlı xəbərdarlıq edirlər. Bəzi alimlər sensorların quraşdırıldığını, o qurğuların zəlzələnin olacağını 72 saat öncədən aşkarlaya bildiyini qeyd edib. Onlar bildirib ki, laboratoriyalarda qarışqa və balıqlar da var. Əgər onlarda fərqli davranışlar müşahidə etsələr, bu, zəlzələnin xəbərçisi ola bilər. Ümumilikdə, heç kim zəlzələnin nə vaxt olacağını dəqiq deyə bilmir, buna görə də rəsmi olaraq tələbələrə xəbərdarlıq edilməyib. Əlbəttə, bütün tələbələrimiz narahatdır. Hətta bir çoxumuz zəlzələ ehtimalına görə çantamızı da hazırlamışıq.


İstanbulunu bələdiyyə başqanı Əkrəm İmamoğlu da jurnalistlərə açıqlamasında bildirib ki, tək diləyi zəlzələnin gec olmasıdır.

“Bəlkə 20 il vaxtımız olarsa, biz binalarımızı möhkəmləndirə bilərik”, - o deyib.

Bu sözlərdən də başa düşdüyümüz kimi, hələ hansısa tədbir planı yoxdur.


Bizə universitetdən verilən məlumata görə, dərslər fevralın 27-si başlamalıdır. Rəhbərlik tərəfindən dövlət yataqxanasında qalan tələbələr üçün alternativ variant tapmağa çalışılır. Bəzi tələbələrin müvəqqəti növbətçi yataqxanalarda yerləşdirilməsi nəzərdə tutulur”.