Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-02 12:55:00
Bu tələbələr köçürülmə prosesində iştirak edə bilməz-QADAĞA

Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir. Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz?

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları