Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-09 15:13:00
Xaricdə təhsilin tədris formasını seçərkən diqqətli olun - XƏBƏRDARLIQ

Xaricdə distant və ya eksternat formada təhsil almış şəxslərin diplomları ölkəmizdə tanınırmı?

 

AzEdu.az  xaricdə təhsil almaq istəyən şəxslərin diqqət etməli olduğu xüsusi bir məqamı diqqətinizə çatdırır.

 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir.

 

 Bu baxımdan tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumat əldə etməyiniz tövsiyə olunur.