Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-14 10:40:00
BMU məzunu ABŞ-ın Luiziyana Dövlət Universitetində  

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının 2019/2020-ci tədris ili üzrə bakalavr məzunu Məhərrəm Cəbrayılov təhsilini ABŞ-ın Luiziyana Dövlət Universitetində (Louisiana State University) davam etdirmək qərarı verib. 

 

AzEdu.az xəbər verir ki, M.Cəbrayılov adıçəkilən təhsil ocağlı ilə yanaşı, digər nüfuzlu ali təhsil müəssisələrindən də müsbət cavab alıb. Belə ki, ABŞ-ın İllinoys Universitetinin  eyni ixtisas üzrə doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanan BMU tələbəsi, həmçinin İtaliyanın Milan Politexnik Universiteti, Almaniyanın Hamburq Texnologiya Universiteti və Kanadanın Alberta Universitetinin magistr pilləsinə (Kimya mühəndisliyi - təqaüdsüz) qəbul olub.

 

Təhsil müəssisələrinin imkanlarını dəyərləndirdikdən sonra M.Cəbrayılov Luiziyana Dövlət Universitetinə üstünlük verib. Universitetin təhsil haqqından azad edilən BMU məzununun əlavə olaraq qazandığı illik təqaüdün məbləği 28 min ABŞ dolları təşkil edir. O, hazırda Universitetdə professor James Dormanın rəhbərlik etdiyi nano-materiallar və katalizatorlar laboratoriyasında tədqiqatçı tələbə kimi fəaliyyət göstərir.