Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 15:53:00
İbtidai sinif rus bölməsi üzrə “Fonetika. Orfoqrafiya. Orfoepiya” vebinarı keçiriləcək

ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

 

AzEdu.az xəbər verir ki, budəfəki vebinar 10 fevral tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Fonetika. Orfoqrafiya. Orfoepiya” mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində Bakı şəhəri T.Həsənov adına 23 N-li tam orta məktəbin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi, “Məktəbə hazırlıq”, ibtidai siniflər üçün “Rus dili” dərslik komplektlərinin həmmüəllifi Bela Nuriyeva çıxış edəcək.

 

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.