Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 13:12:00
XİN: Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi əlaqə saxlanılır

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.

 

Bu barədə AzEdu.az-a XİN-dən bildirilib.

 

“Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşların olub-olmaması məsələsi araşdırılır.

 

Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır”, - qeyd edilib.