Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 10:35:26
Ucqar kənd müəllimindən  direktorlara üsyan: ““Övladım nə yeyəcək?”deyənləri fikirləşmədiniz?!”

AzEdu.az saytı Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını işıqlandırmağa davam edir.

Budəfəki yazı AzEdu.az –ın “Ucqar kənd müəllimləri” şəbəkəsinin Bərdə rayonundan olan üzvü, Kimya müəllimi Elşən Ramizoğluna aiddir.

AzEdu.az yazını təqdim edir:

Sonuncu ölən ümidlərdir

Müəllimlərin işə qəbulu üzrə keçirilən müsahibədə komissiya üzvü kimi iştirak  edən direktorlar, neçə müəllimi  bu gün kəsdiniz?

Maraqlıdır, siz özünüzü heç o müəllimlərin  yerinə qoymusuz? O müəllimlərin nə yaşadığını bilirsiz? Mən bilirəm, ona görə soruşuram. I turdan keçmiş,qəbul olduğu  orta məktəbi görüb sevinc yaşayan müəllim, bir müddət  sonra yenidən həyəcan yaşayır. Bu həyəcan tək sənin  sualına cavab verməyiylə  kifayətlənmir. Qarşındakı şəxsin kimliyi ilə də əlaqədardır. Məhz onlara görə, müəllimlər Təhsil Nazirliyinə sığınır.

Bəli, direktorları deyirəm,rəhbərlik  etdiyi məktəbdə müəllimlərin  qədrini  bilməyən, indi məktəblərə müəllimləri layiq bilirlər. Özləri nəyə layiqdir, o qalsın başqa vaxta. Deyirlər ki, filan müəllim yüksək bal toplamışdı, ancaq suallara cavab verə bilmədi. Yəqin, müəllim  yüksək balı armud əvəzinə toplayıb. Əllərində Azərbaycanın bayrağını  tutmayıb, işçisinə verənlər, ancaq yüksək bal toplamış müəllimi kəsdiyini  bayraq kimi tutub əllərində saxlayırlar. O müəllim kəsəndə (kəsiləndə  demirəm) nə yaşadığını bilirsiz? Onların valideyninin fikir çəkmələri, övladım  bir il nə qazanacaq, nə yeyəcək deyə fikirləşmələrini  heç yadınıza  salırsız?

“Kiminsə uşağını  bədbəxt  edə bilmərəm” deyib özünü düz hesab edən, müəllimin  boğazından  kəsəndə  onun uşağını  fikirləşirsiz?

Məktəb başlayandan  sonra “komissiya üzvü idim, filan müəllim  belə cavab verdi, elə etdi”  deyib, müəllimləri  müzakirəyə  çıxarırsız. Məktəbdə oturduğunuz  kresloda müəllimlər nə gördü  ki, komissiya üzvü kimi də görələr?!

Hələ bəzi  kurs rəhbərlərinin  ölmüş leşə milçək  yığışan kimi komissiya üzvlərinə verdiyi tərifləri  demirəm! Nə fikirləşirsiz?! Müsahibə suallarını  bilib, iki qat qiymətə satmağı?!“Orada tanışım var deyib”, genəlməyi?! Bəzi  direktor həmkarların  xüsusi dəstəyini  hələ demirəm. Lazım olanda kimisə xahiş etmələri var.  Düz edirsiz, indi onların  qızıl yox, briliyant vaxtlarıdır. Can ay müəllimlərimiz, əziz həmkarlarım, sonuncu ölən ümidlərdir deyirlər, o ümidlər də də öldü..