Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-03 15:37:00
Ukraynadan çıxmaq istəyən əcnəbi  tələbələr ciddi çətinliklərlə üzləşir

 

Ukraynada müharibənin başlaması səbəbilə ölkələrinə qayıtmaq istəyən əcnəbi vətəndaş və tələbələr  sərhəddə çətinliklərə  məruz qaldıqlarını bildirirlər.

 

BMT-nin məlumatına görə, son bir həftə ərzində yarım milyondan çox mülki şəxs qonşu Polşa, Macarıstan, Slovakiya, Moldova və Rumıniyaya sığınıb. Lakin Ukraynanı tərk edən xarici tələbələr təxliyə zamanı lazımı vizaların olmaması, bankomatlardan pul çəkə bilməmələri, həmçinin ukraynca danışa bilməmələri kimi səbəblərdən bir çox problemlərlə üzləşirlər.

 

 

Müharibəyə qədər ölkədəki bütün beynəlxalq tələbələrin təxminən 20 faizinin afrikalı olduğu təxmin edilir. 

 

Altı gün əvvəl  Dnepr şəhərindən Polşaya gələn, Tunisdən olan 18 yaşlı tibb tələbəsi Fedi Ben Bahim bu çətinliklər barəsində danışır:

 

“Özümüzü qoyunların çölə çıxması üçün fermerin qapını açmasını gözləyən qoyun sürüsü kimi hiss edirdik. Mən insanların sərhəddə sıxlıqdan boğularaq öldüyünü görürdüm. Az qala özüm də boğulacaqdım, su yox idi. Çox sayda tələbənin  yoxlama məntəqələrində üzləşdiyi ciddi problemlərin şahidi oldum”.

 

Qaçqınlar deyirlər ki, Ukraynadan qaçan xarici tələbələr günlərlə qarda ilişib qaldıqdan sonra hipotermiya və infarktdan yolun kənarında ölürlər.

 

Xarkovun bombardmanından qaçan Birləşmiş Ərəb Əmirliklərindən olan tibb mühəndisliyi tələbəsi Abdul,-“Yanımda oturan bir dostum huşunu itirdi. “Kömək edin, kömək edin, kömək edin”-deyə təcili yardım çağırırdıq. Biz onlarla danışıb onlara göstərmək istədikdə, lakin heç kimin vecinə olmadı”-deyə bildirib.