Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-03 15:07:00
Raket hücumuna məruz qalan universitet, dağılma təhlükəsi olan ali məktəblər- Xarkovun təhsil MƏNZƏRƏSİ

 

Hazırda Rusiya silahlı qüvvələri tərəfindən ən çox hücuma məruz qalan Ukrayna şəhərlərindən biri də Xarkovdur.

 

Həmçinin ötən gün Ukraynanın Karazin Milli Universitetinin sosiologiya fakültəsinin binasının raket hücumuna məruz qalması ilə bağlı videogörüntülər yayılmışdı. Qeyd edək ki, vurulan Karazin Universiteti Xarkovda yerləşir.

 

AzEdu.az xəbər verir ki, Xarkov Ukraynanın ikinci ən böyük təhsil mərkəzidir və bura tələbə və gənclər şəhəri kimi tanınır. 

 

Xarkovda 38 ali təhsil müəssisəsi, o cümlədən dövlət və özəl universitetlər, akademiyalar və ixtisaslaşmış institutlar var. Müharibədən əvvəl burada 300 000-ə yaxın tələbə təhsil alır və yaşayırdı. Onlardan 12 000-ə yaxını xarici tələbələr olub. Xarkovda ali təhsil imkanları çox yönlüdür və tələbələr tibb, mühəndislik, hüquq və s. kimi müxtəlif təhsil sahələrində bakalavr, mütəxəssis, magistr və ya aspirantura təhsili ala bilirdilər.

 

Ölkənin ikinci ən böyük təhsil mərkəzində kifayət qədər məşhur kollec və universitetlər fəaliyyət göstərir. Bu təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin arasında kifayət qəər azərbaycanlıya da rast gəlmək mümkündür. Onlardan bəziləri aşağıdakılardır:

 

  • Xarkov Milli Tibb Universiteti
  • Xarkov Milli İqtisadiyyat Universiteti
  • Xarkov Politexnik İnstitutu
  • İvan Kozhedub Milli Hərbi Hava Qüvvələri Universiteti
  • Yaroslav Mudryi Milli Hüquq Universiteti
  • Xarkov Milli Radioelektronika Universiteti
  • Regional Bədən Tərbiyəsi və İdman Kolleci
  • Xarkov Dövlət Mədəniyyət Akademiyası
  • Ukrayna Mühəndislik Pedaqoji Akademiyası
  • Milli Aerokosmik Universiteti-Xarkov Aviasiya İnstitutu
  • Xarkov Dövlət Bədən Tərbiyəsi Kolleci

 

Hazırda bu şəhərə raket və digər dağıdıcı silahla hücumlar davam edir. Bir çox əcnəbi tələbələr ölkələrinin burada yerləşən səfirlikləri vasitəsilə hissə-hissə təxliyə edilir. Hazırda digər şəhərlərlə yanaşı xüsusilə Xarkov və Kiyevdə çox sayda azərbaycanlı tələbə universitetlərin bunkerlərində hücumlardan qorunmağa çalışır.

 

Qeyd edək ki, Ukraynada təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir.