Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-02 15:39:00
Ukraynada təhsil alan misirli tələbələr Qahirəyə çatdırılıb  

Ukraynanın müxtəlif şəhərlərində təhsil alan və iki gün əvvəl Budapeştə təxliyə edilən 175 misirli tələbə Qahirəyə çatdırılıb.

 

AzEdu.az xəbər verir ki, tələbələr Misir Prezidentinin tapşırığı ilə Macarıstana yola düşən xüsusi təyyarə ilə təxliyə edilib. Laynerin göyərtəsində onlara tibbi yardım göstərən Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin nümayəndələri də olub.

 

Misirin Ukraynadakı səfiri Moyad Əl-Daliyə bildirib ki, Ukrayna ərazisində qalan daha 200 misirli tələbə Rumıniya sərhədindən keçib, Buxarestdəki səfirlik onları sığınacaq və ərzaqla təmin edib. Yaxın günlərdə bu tələbələr də Misirə qayıdacaqlar.

 

Ukraynada müvəqqəti yaşayan 6 minə yaxın Misir vətəndaşlarının 3 mini universitet tələbələridir.

 

Azərtac