Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-01 14:18:00
"Xaricə göndəriləcək tələbələrin yol, təhsil haqqı qarşılanacaq, təqaüd veriləcək" -Emin Əmrullayev

 

Proqramın əsas mahiyyəti,bu ildən başlayaraq 5 il müddətində hər il 400 nəfərdən artıq olmamaqla gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil xərclərinin maliyyələşdirilməsini həyata keçiriləcək.


AzEdu.az xəbər verir ki,bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı "ilə bağlı brifinqində deyib.


"Təhsil xərcləri dedikdə,sadəcə universitetlərin təhsil haqqı deyil, eyni zamanda, tələbələrin yaşayış,yol xərclərinin qarşılanması,onlara təqaüdün verilməsi nəzərdə tutulur. Yəni ümumilikdə təhsillərinin tamamilə maliyyələşdirlməsi deməkdir".