Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-08 13:50:00
Latviyada təqaüd proqramına sənəd qəbulu aparılır  

Latviya Respublikası hökuməti 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak üçün vətəndaşlar aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.

 

Təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram çərçivəsində təhsilə dair əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilib.