Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-08 11:30:00
“Türkiyə bursları” proqramına sənəd qəbulu aparılır

Türkiyə Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə elan olunmuş “Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqrama sənəd qəbulu fevralın 20-dək aparılacaq.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIa Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.