Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-29 11:39:00
Latviyada növbəti tədris ili üzrə təhsil almaq üçün təqaüd proqramına sənəd qəbulu aparılır

Latviya Respublikası Hökuməti 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.
Müsabiqədə iştirak üçün vətəndaşlar aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla Təhsil Nazirliyinin saytında tanış olmaq olar.