Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-29 13:28:00
Bu ixtisaslarda oxumaq istəyənlər İnformatika fənnindən imtahan verəcəklər- I qrup

 

 

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023-cü ildə keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.

 

Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər.Beləliklə, abituriyentlərali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.Aşağıdakı cədvəldə İnformatika fənni üzrə imtahan tələb edən ixtisaslar qeyd olunub:

 

I qrup

RK altqrupuna daxil olan ixtisasların siyahısı

Rİ altqrupuna daxil olan ixtisasların siyahısı

Fizika müəllimliyi

İnformatika müəllimliyi

Riyaziyyat müəllimliyi

Riyaziyyat və informatika müəllimliyi

Texnologiya müəllimliyi

Kompüter elmləri

Fizika

İnformasiya təhlükəsizliyi

Geologiya

İnformasiya texnologiyaları

Mexanika

Kompüter mühəndisliyi

Riyaziyyat

Mexatronika və robototexnika mühəndisliyi

Aerokosmik mühəndislik

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Aqromühəndislik

Sistemlər mühəndisliyi

Aviasiya təhlükəsizliyi mühəndisliyi

 

Cihaz mühəndisliyi

 

Dəniz naviqasiyası mühəndisliyi

 

Ekologiya mühəndisliyi

 

Elektrik və elektronika mühəndisliyi

 

Energetika mühəndisliyi

 

Gəmi energetik qurğularının istismarı mühəndisliyi

 

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

 

Geologiya və geofizika mühəndisliyi

 

Geomatika və geodeziya mühəndisliyi

 

Hava nəqliyyatının hərəkətinin təşkili

 

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

 

İnşaat mühəndisliyi

 

Kimya mühəndisliyi

 

Kommunikasiya sistemləri mühəndisliyi

 

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

 

Maşın mühəndisliyi

 

Materiallar mühəndisliyi

 

Mədən mühəndisliyi

 

Meliorasiya mühəndisliyi

 

Memarlıq*

 

Metallurgiya mühəndisliyi

 

Mexanika mühəndisliyi

 

Mühəndis fizikası

 

Neft- qaz mühəndisliyi

 

Nəqliyyat mühəndisliyi

 

Nəqliyyat tikintisi mühəndisliyi

 

Qida mühəndisliyi

 

Radiotexnika və telekommunikasiya mühəndisliyi

 

Şəhərsalma

 

Sənaye mühəndisliyi

 

Uçuş mühəndisliyi

 

Yanğın təhlükəsizliyi mühəndisliyi

 

Aqronomluq

 

Balıqçılıq

 

Meşəçilik

 

Şərabçılıq

 

Torpaqşünaslıq və aqrokimya

 

Yerquruluşu və daşınmaz əmlakın kadastrı

 

Zoomühəndislik

 

Hərbi kompozisiya materialları mühəndisliyi

 

Hərbi rabitə vasitələri mühəndisliyi

 

Optotexnika mühəndisliyi

 

Pirotexniki və partladıcı vasitələr mühəndisliyi

 

Sərhəd təhlükəsizliyi və idarəetmə

 

Silah və silah sistemləri mühəndisliyi

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları