Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 16:42:00
Yüksək texniki peşə təhsilini bitirən şəxslərə subbakalavr dərəcəsi veriləcək  

Yüksək texniki peşə təhsilini bitirən şəxslərə orta ixtisas təhsili pilləsini (kollec) bitirən şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsi veriləcək.

 Bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik təklif edilib.

Dəyişikliyə əsasən, yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir.