Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 11:44:00
MİQ-lə bağlı NARAZILIQLARA aydınlıq gətirildi

“Təhsil Nazirliyi izah verdi ki, suallar yeni tədris proqramları (kurikulum) əsasında hazırlanıb”.

 

AzEdu.az xəbər verir ki, Təhsil İnstitutunun mərkəz rəhbəri Nəzakət Mehdiyeva deyib.

 

“Bizi düşündürən əsas məsələ müəllim olaq istəyənlər üçün sualların çətinləşməsi yox, illər uzunu aparılan təhlillər nəticəsində gəlinən qənatdir. Bu da ondan ibarətdir ki, məktəbə hansı müəllim, yəni hansı öyrənmə prosesini tətbiq edən təhsilverən lazımdır. Dünya standartlarına yaxınlaşırıq və bu prosesə də addım-addım getmək labüddür. Bir faktı xatırladım ki, 2018-ci ildə keçirilən buraxılış imtahanında abituriyentlər sualların çətinliyindən ciddi narahatlıq keçirmişdilər. Halbuki hamı Dövlət İmtahan Mərkəzinə qarşı çıxmışdı. Bir neçə aydan sonra hamı sakitləşdi. Təhsil Nazirliyi mütəxəssislərini cəlb edərək araşdırmalara başladı. Sonra izah verildi ki, suallar yeni tədris proqramları (kurikulum) əsasında hazırlanmışdı”, - o bildirib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları