Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 17:47:00
Əksər müəllimlərin MİQ nəticəsi niyə zəifdir?-“İmtahanlar ləğv olunmalıdır”

 

 

“Müəllimlərin işəqəbulu üzrə müsabiqədə   aşağı nəticə universitet təhsilinin zəif olduğundan xəbər verir”.

 

MİQ müsabiqəsində iştirak edən  müəllimlər arasında aşağı nəticə müşahidə olunur. Tələbələr universiteti yüksək nəticə ilə bitirdiyi halda, MİQ-də zəif nəticə əldə edirlər.

 

Bəs müəllimlərin MİQ  müsabiqəsində zəif nəticə əldə etməsinin əsas səbəbi nədir?4 illik pedaqoji təhsilin həmən ardından sonra verilən imtahanda müəllimliyə namizəd niyə aşağı nəticə göstərir? Burada əsas faktor nədir?-Müəllimliyə namizədin öz hazırlıqsızlığı, yoxsa, ona verilən keyfiyyətsiz ali təhsil?

Tanınmış pedaqoq Sona Əliyeva mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında pedaqoji təhsili bitirən tələbələrin, MİQ imtahanında aşağı nəticə göstərməsinin əsas səbəbini, universitet təhsilinin zəif olduğundan xəbər verdiyini vurğulayıb:

“Bəzən imtahan suallarında və tərtibatında problemlər müşahidə olunur. Məsələ ilə bağlı birmənalı şəkildə fikir söyləmək doğru olmaz. Kimisə günahlandırmaq yerinə, biz əsl səbəbi araşdırmağa çalışmalıyıq. Müəllimlərin daimi olaraq imtahan verməsi və zəif nəticə əldə etməsi xoşa gələn bir hal sayılmır. Bu həm də təhsil sisteminin özünün-özünü inkar etməsidi. Ölkə üzrə təhsili elə bir səviyyəyə çatdırmaq lazımdır ki, imtahana ehtiyac duyulmasın”.

 

Pedaqoq universitetlərin təhsil sistemindəki problemli məqamlara diqqət çəkib:

 

“Tələbələr mühazirə, seminar, laboratoriya dərslərində iştirak etməsinə baxmayaraq sualları əzbərləmək ilə məşğuldurlar.

 

Əksər universitetlər tələbələri  imtahandan  öncə suallarla tanış edir. İşin müsbət tərəfi ondadır ki, imtahan sualları ilə tanış olan  bir tələbə imtahanı rahat və şəffaf formada vermiş olur.  Mənfi cəhəti odur ki, tələbələr sualı əzbərlədiyi zaman  mövzunu təhlil, analiz etmək kimi anlayışları formalaşmır.

 

Riyaziyyat, fizika fakültəsində oxuyub sadə düsturları bilməyən tələbələr var. Universitetlər artıq şablon yanaşmaları yığışdırmalıdır. Sərbəst işləri tədqiqat mövzuları ilə əvəz etsək, daha doğru  sayılar, təqdimatlar, sunumlar düşüncə tələb edən metodlar. Labaratoriya dərslərinə xüsusi diqqət yetirmək lazımdır. Universitetlər daha öyrədici metodlara keçid etməlidir. Bütün baş verən proseslərin səbəbi əzbərçilikdir. Tələbələr mövzunu əzbərləyir və bir müddət sonra unudur. Nəticə olaraq MİQ-də aşağı nəticə müşahidə olunur. Sovet dövründən qalma köhnə metodlar artıq dəyişilməlidir”.

 

 

Yüksək nəticə ilə  universitetə qəbul olan tələbələr, universitet imtahanlarında nəticə əldə edə bilmir.

 

“Mənim fikrimcə, Azərbaycan təhsilində çox sayda yeniliklər etmək lazımdır. Öz mentalitet və mədəniyyətimizə uyğun təhsil sistemi qurmalıyıq. Bəzi metodlar xarici ölkələr üçün yaxşı nəticə verib bizim üçün nəticə verməyə bilər”.

 

Hər bir ölkənin təhsili onun cəmiyyətinin, xalqının  xüsusiyətinə uyğun olmalıdır. Əzbərçilik ilə yüksək nəticə gösdərən tələbə təbii ki, MİQ imtahanında yüksək nəticə əldə edə bilməyəcək- deyə, o bildirib.