Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 11:02:00
“Müəllimlər elə bilir ki, MİQ-də salınan suallarla mütləq əvvəldən tanış olmalıdırlar”-Əməkdar müəllimin iradlara cavabı

“MİQ prosesi müəllimlərin üzərində işləməsi üçün təkan verib. Hamı öz üzərində çalışır. Kurikulum prosesi daimi olaraq yenilənir. Bu proses iddiaçı müəllimlərə çatdırılır”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin canlı yayımında  Əməkdar Müəllim Ələddin Məmmədli deyib. O, riyaziyyat fənnindən MİQ müsabiqəsinə salınan sualların çətinlik səviyyəsindən də danışdı:

 

“Suallar təhsil məzmumuna tam uyğundur. Setlərin çətinlik səviyyələri eyni olub. Əvvəldən də videorolikdə sualların çətinlik sviyyəsi haqda qeyd olunub. Suallar asan, orta və nisbətən çətin olmaqla hazırlanıb. Sosial şəbəkədə gedən prosesləri izlədim. İddiaçı müəllimlər elə bilirlər ki, mütləq MİQ-də düşən test tapşırıqları əvvəlcədən tanış olamalıdırlar. Riyaziyyatda bu proses fərqli olur. Riyazi təhsil aldqca riyazi təfəkkür də formalaşır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları