Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-08 12:23:00
Bu qədər abituriyent ixtisas seçiminə BURAXILMAYACAQ-PROQNOZ

Ötən il ixtisas qrupları üzrə ayrılmış plan yerləri belə idi:

I ixtisas qrupu üzrə: 14149 II ixtisas qrupu üzrə:

12883 III ixtisas qrupu üzrə:

11184 IV ixtisas qrupu üzrə: 3705 V ixtisas qrupu üzrə:

3594 Ümumilikdə isə 45515 plan yeri ayrılmışdı.

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O, ixtisas seçimindən kənarda qalacaq abituriyent sayı ilə bağlı proqnoz da səsləndirib:

“Ötənilki plan yerləri ilə bu il bu saatadək ərizə qəbulunda iştirak edənlərin sayına uyğun müqayisə aparsaq, o zaman ümumilikdə 28681 nəfər ATM üzrə müsabiqədən kənarda qalacaq.

 İxtisas qrupları üzrə isə müsabiqədən kənarda qalma təxminən aşağıdakı kimidir: I ixtisas qrupu üzrə: 12675 nəfər. II ixtisas qrupu üzrə: 2412 nəfər. III ixtisas qrupu üzrə: 8688 nəfər. IV ixtisas qrupu üzrə: 1009 nəfər. V ixtisas qrupu üzrə: 3897 nəfər”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları