Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-21 16:32:00
Qəbul imtahanında “0” bal toplayan abituriyent tələbə ola biləcək?-DƏQİQ CAVAB

“Fənlər üzrə bal məhdudiyyəti yoxdur”

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, qəbul imtahanlarında iştirak edən abituriyent hansısa fəndən 0 bal toplayırsa, ixtisas seçimində iştirak edə biləcək. Lakin, bu şərtlə…

 

Hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz və ya ödənişli ixtisaslarını seçə bilərlər. Qəbul imtahanlarının birinci və ya ikinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər. “İmtahanın hər iki mərhələsi üzrə ballar toplanır. Əgər ikinci mərhələ üzrə bal 100, ümumi bal isə 200-dürsə, abituriyent ali təhsil müəssisələrinin həm ödənişli, həm də ödənişsiz ixtisaslarının müsabiqəsində iştirak edə bilər”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları