Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 18:00:00
Buraxılış imtahanının rekordçusu - "Bu, mənim valideynlərimə və məktəbimə olan borcum idi"

“İmtahana hazırlaşdığım gündən qarşıma məqsəd qoymuşdum ki, çəkdiyim əziyyətin müqabilində ən yüksək nəticəni toplayacağam. Bunun üçün əvvəldən proqram hazırlayıb gecə-gündüz çalışdım. Bu mənim valideynlərim və məktəbimə olan borcum idi”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında 22-23 aprel tarixlərində keçirilən buraxılış imtahanlarının rekordçusu Aygün Məhərrəmova bildirib. O, hazırlaşdığı ixtisası da açıqladı:

 

“Lakin imtahandan 290-dək bal toplayacağımı gözləyirdim. Bu nəticə(297.1) isə daha möhtəşəm oldu. IV ixtisas qrupuna hazırlaşıram. Müalicə işi ixtisasına  daxil olmağı düşünürəm”.

 

İmtahanda Azərbaycan dilindən olan mətn biraz vaxtımı aldı, lakin riyaziyyat və ingilis dili asan idi...

 

Aygün növbəti il hazırlaşacaq abituriyentlərə sistemli hazırlaşmağın əhəmiyyətini də vurğuladı:

“İmtahandan yüksək nəticə toplamaq böyük əziyyət tələb edir. Növbəti il hazırlaşacaq tələbələrə məsləhətim budur ki, sistemli hazırlaşsınlar. Sentyabrdan başlayaraq 1 illik plan hazırlasınlar və buna uyğun hazırlaşsınlar. Bununla yanaşı istirahətlərinə də vaxt ayırsınlar”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları