Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-19 12:55:00
Abituriyentlərin taleyi ildə bir dəfə olan 3 saatlıq imtahanla müəyyən oluna bilməz-Təhsil eksperti

“Bakalavr və magistr pillələrinə qəbul olunmaq üçün abituriyent və tələbələrə ikinci şansın verilməsi çox düşünülmüş addımdır. Şagird və bakalavrların taleyi ildə sadəcə bir dəfə 3 saatlıq müddətlə həll oluna bilməz”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib səsləndirib. O, hazırki qəbul prosesini ötən illərlə də müqayisə etdi və müsbət dəyişiklikləri də vurğuladı:

 

“Birinci dəfə imtahanda iştirak edən şəxs bu mühitlə tanış olur və topladığı nəticədən asılı olaraq ikinci dəfə də qatılmaq fürsətini dəyərləndirir. Bu proses keçid ballarında da dəyişikliyə səbəb olur. DİM ötən illərdə qəbul prosesini bir dəfə may ayında, bir dəfə isə yay aylarında təşkil edirdi. Mayda keçirilən imtahanda əvvəlki ilin məzunları, yaydakında isə cari ilin məzunları  iştirak edirdi. Lakin hazırda elə bir proses təşkil olunub ki, əvvəlki ilin və cari ilin məzunları birlikdə imtahanda iştirak edə bilir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları