Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-17 13:43:00
Təhsil nazirliyi ilə Almaniyanın təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  

Martın 17-də təhsil naziri Emin Əmrullayev Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniq ilə görüşüb.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, görüşdə Azərbaycan və Almaniya arasında ümumi təhsil, ali təhsil, eləcə də peşə təhsili sahələrində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.