Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 13:54:00
Şagirdlərə xüsusi hallarda davranış qaydaları niyə öyrədilmir? – “Dərslik tərtibçiləri bilgisizdilər”  

“Təkcə alternativ enerji mənbələri mövzusu yox, yol hərəkəti qaydaları, yanğından mühafizə, təbii fəlakət və fövqəladə hallar zamanı davranış qaydaları dərslikdə tam şəkildə öz əksini tapmayıb”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, “Həyat bilgisi” dərsliyi müəyyən mövzular üzrə ancaq minimum nəzəri məlumatlar verir:

“Əvvəla o dərsliyi tərtib edənlər həyatın bütün sahələri üzrə, vacib olan mövzular ətrafında geniş məlumat və biliyə malik deyillər. Onlar daha çox ensiklopediya və internet vasitəsilə əldə edilən məlumatlar çərçivəsində mövzunu əhatə edirlər. Təkcə alternativ enerji mənbələri mövzusu yox, yol hərəkəti qaydaları, yanğından mühafizə, təbii fəlakət və fövqəladə hallar zamanı davranış qaydaları qeyd olunan dərslikdə tam şəkildə öz əksini tapmayıb. Əslində həyata , cəmiyyətə tam şəkildə təmin olunmuş vətəndaş yetişdirilməli olan məktəb, yalnız fakt əzbərləyən, problemli situasiyadan çıxa bilməyən şagird yetişdirir”.

Ekspert qeyd edib ki, orta məktəblərdə tədris zamanı fövqəladə hallara, təbii fəlakətlərə qarşı davranış qaydaları öyrədilməlidir:

“Həyat bilgisi dərsliyi şagirdlərdə heç bir bilik və bacarıqların formalaşdırılmasına xidmət etmir. Təkcə “Həyat bilgisi” dərsliyi çərçivəsində yox, Fizika, Kimya, Biologiya dərslərində də alternativ enerji mənbələrinin tapılması, istifadə olunması ciddi şəkildə şagirdlərə öyrədilməlidir. Lakin qeyd olunan məsələ təəssüf ki, tədris proqramına daxil edilməyib”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları