Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 10:29:26
Bu müəllimlər MİQ imtahanı vermədən işə qəbul oluna bilərlər

Xəbər  verdiyimiz kimi, iyulun 2-dən Təhsil Nazirliyinə tabe olan ümumitəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılıb.

Müsabiqədə iştirak etmək istəyən  namizədlər  miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Bəs hansı müəllimlər MİQ imtahanında iştirak etmədən işlə təmin oluna bilərlər?

AzEdu.az xəbər  verir ki, ümumitəhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətə işdən ayrılan, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak edən şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Xatırladaq ki,  elektron qeydiyyat prosesi iyulun 8-dək davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları