Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-01 16:10:00
Latviyada təhsil almaq istəyənlərin NƏZƏRİNƏ 

Latviya Respublikası hökuməti 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il 17 iyul tarixində Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.

 

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatları elan vasitəsilə əldə etmək olar.