Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 12:30:00
“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ” ADLI LAYİHƏ GƏDƏBƏY RAYONUNDA UĞURLA DAVAM EDIR

22-24 dekabr 2020-ci il tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi Heyrət  Vəliyevin “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı layihəsinin icra planına uyğun olaraq Gədəbəy rayonunda şagirdlərlə görüş seminarları keçirilib.

 

COVİD 19 virusunun yayılmasının qarşısını almaq məqsədilə keçirilən qabaqlayıcı tədbirlərə uyğun olaraq, görüşlər virtual şəkildə baş tutdu.

 

Görüşlərdə layihə rəhbəri,  Rayon Təhsil Şöbəsinin əməkdaşı Elmar Həsənli və 140 şagird iştirak edib.

 

Layihə rəhbəri öncə bunları bildirib:

 

Müasir Azərbaycan tarixi dedikdə ilk öncə gözümüz önündə ulu öndərimiz bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan Heydər Əliyev canlanır. O özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu: - “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam”.

 

 Layihə rəhbəri Heyrət Vəliyev şagirdlərə Ümummili Liderimiz Heydər Əliyev haqqında ətraflı məlumat verdi. Daha sonra layihənin məqsədi haqqında məlumat verildi, sonda şagirdlərə aşağıdakı məlumat çatdırıldı: “Əziz şagirdlər sizlərlə bu görüşümüz Ümummilli liderimizə həsr edilib. Mənim sizdən istəyim yanvar ayının 15 nə kimi tədbirimizdə iştirak edən hər bir məktəbli Heydər Əliyev Və Azərbaycançılıq mövzusunda inşalar yazmasıdır. Yazılmış inşalar dəyərli münsiflər heyyətimiz tərəfindən qiymətləndirildikdən sonra 1-2-3 və həvəsləndirici yerlər müəyyən ediləcək və planşetlər və qiymətli hədiyyələrlə həmçinin Fəxri Fərmanlarla təltif ediləcəklər. Hər birinizi aktiv olmağa çağırıram. 

Qeyd edək ki, inşa yazı müsabiqəsi başa şatdıqdan sonra yazılmış inşalar iki fərqli məktəbin müəllimləri tərəfindən yoxlanılacaq və qaliblər mükafatlandırılacaq. Yanvar ayının sonuna kimi müsabiqənin yekunlaşması nəzərdə tutulur.