Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 12:44:00
Nadir İsrafilov: “Azad olunan rayonların təhsili ilə bağlı 50-yaxın təklif hazırlamışıq”

Təhsil Nazirliyi yanında İctimai Şura işğaldan azad edilən bölgələrin təhsil infrastrukturu ilə bağlı təklif hazırlayıb.



AzEdu.az xəbər verir ki, bu barədə İctimai Şuranın sədr müavini Nadir İsrafilov sosial şəbəkə hesabında məlumat veriblər.


Nadir İsrafilov 50-yə yaxın təklifin hazırlandığını qeyd edib:


“Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın işğaldan azad olunan rayonların təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilən onlayn müşavirədə bölgənin təhsil infrastrukturunun yenidən qurulması və təhsilin inkişaf etdirilməsi ilə bağlı 50-yə yaxın təklif, bu gün ümumiləşdirilərək və qruplaşdırılaraq nəzərdən keçirilməsi üçün Təhsil Nazirliyinə göndəriləcəkdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları