Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-18 17:18:00
Distant təhsil zamanı valideynlərin atmalı olduğu vacib addımlar – Uğurun sirri

 

 

Koronavirus pandemiyası zamanı ən çox psixoloji təsirə məruz qalan şəxslər məktəbyaşlı uşaqlar oldu.

 

Distant təhsilə keçidlə bağlı onlar məktəb, müəllim, dostlarını tərk edib, dörd divar arasında qalmağa məcbur olublar.

 

Belə müddətdə valideynlər övladlarının əhvalını yüksək tutmaq və onların dərslərindən yayınmamaları üçün bir sıra tədbirlər həyata keçirməlidir.

 

AzEdu.az həmin tədbirləri təqdim edir:

 

1.Övladlarınızı dinləməyi bacarın:

 

Uşaqlar dünyanı yalnız valideynlərinin davranışları sayəsində təhlükəsiz bir məkan kimi görürlər. Övladlarınıza yanlarında olduğunuzu və bu prosesi birlikdə keçə biləcəyinizi bildirin. Duyğularını sərbəst şəkildə ifadə etmələrinə icazə verin, mühakimə etmədən dediklərini dinləyin, beləliklə özlərini dəyərli hiss edəcəklər.

 

2.Hər uşağa evdə xüsusi bir vaxt verin:

 

Birlikdə bişirin, sevdiyi oyunu oynayın, musiqi dinləyin və rəqs edin. 20-30 dəqiqənizi hər gün övladınıza həsr etsəniz, onun dəyərli olduğunu hiss etməyinizə kömək edəcəkdir. Bu vaxt telefonlarınızı səssiz və görünməz bir yerdə saxlayın.

 

3.Fiziki cəzadan çəkinin:

 

Uşaqlar istəmədiyiniz kimi davrana bilər. Diqqətinizi onun müsbət davranışına yönəltmək onun xarakterini gücləndirəcəkdir. Onlara mənfi davranışları barədə bir neçə kəlmə ilə qətiyyətlə xəbərdarlıq edin. Fiziki cəzalardan çəkinin, bu cür cəzalar duyğu yaralanmasına, qəzəbə səbəb olur və aqressiv davranışa yol açır.

 

4.Motivasiya yaradın:

 

Pandemiya dövrü üçün evdəki ümumi qaydaları dəyişdirmək lazım ola bilər. Normal olaraq yataq və yemək otağı kimi istifadə etdiyiniz sahələri onlayn təhsil üçün istifadə yeri etməyə çalışın. Övladlarınıza müsbət motivasiya üçün məktəb geyimlərini gündəlik geyimləri ilə ayırmalarını təklif edə bilərsiniz.

 

5.Övladlarınızın hobbilərini kəşf edin:

 

Hər kəsin evdə etməkdən zövq aldığı şeylər var. Ancaq hamı bunu kəşf etməyib. Bu, uşaqlar üçün yeni bir qapı aça bilər. Məsələn, video çəkmək, montaj etmək, taxta rəngləmək, musiqi alətlərində çalmağı öyrənmək.

 

 

6.Birlikdə bişirin:

 

 

Mətbəx özü istehsal və yaradıcılıq yeridir. Uşağınızın ən sevdiyi yeməyi onunla birlikdə bişirə və ailənizə xüsusi zövqlər yarada bilərsiz.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları