Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 11:24:00
Müəllimlərin işəqəbul və yerdəyişməsində kimlərə xüsusi güzəştlər olacaq? –Ekspert açıqladı   

“Bu il müəllimlərin işəqəbul imtahanlarında və yerdəyişmə prosesində iştirak edən şəxslər üçün edilən əsas dəyişiklik balların hesablanması ilə əlaqədardır”. 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, dəyişiklik çox gözəl və sosial təminat üçün atılan uğurlu addımdır:

“Belə ki, hərbçilərin ailə üzvləri, şəhid ailələri, Azərbaycanın  ərazi  bütövlüyü uğrunda həlak olan  və  əlilliyi olan şəxslərin ailə üzvləri imtahanda iştirak etdikləri təqdirdə onların doğru  test  tapşırıqları 1 balla yox, 1.05 balla qiymətləndiriləcək”. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları