Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 18:00:00
Gələn tədris ili üçün 68 adda dərslik və metodik vəsait hazırlanacaq – RƏSMİ

2018/2019-cu dərs   ilinə  dövlət ümumtəhsil  məktəblərinin  XI  sinifləri  üçün ilk dəfə olaraq yeni  təhsil  proqramları  (kurikulumları)  əsasında  bütün fənlər üzrə yeni dərsliklər və metodik vəsaitlər tərtib edilib.

Təhsil Nazirliyindən AzEdu.az-a   verilən məlumata görə, yeni tədris ili üçün ümumilikdə  68 adda olmaqla  hazırlanan dərslik və metodik vəsaitlər, tədrisi azərbaycan, rus və gürcü dillərində aparılan bütün dövlət ümumtəhsil məktəblərinə aid edilir.
Qeyd edək ki, həmçinin tədrisi  Azərbaycan və rus dillərində aparılan dövlət ümumtəhsil məktəblərinin istifadəsində olan II, III və VII siniflərin bütün fənləri üzrə ümumilikdə 142 adda olmaqla dərsliklər və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər əsaslı şəkildə təkmilləşdirilərək yenidən nəşr edilib.