Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 13:38:00
Bu bölgələr üzrə vakant yerlərin sayı artıb-Emin Əmrullayev

“Bu ilk dəfə peşə təhsili müəssisələrində vakant yerlər  müsabiqəyə çıxarılıb”.

AzEdu.az xəbər ki, bunu Təhsil naziri Emin Əmrullayev nazirliyin facebook səhifəsində MİQ-lə bağlı sualları cavablandırarkən deyib.

O, vurğulayıb ki, bu il bəzi bölgələr üzrə vakant yerlər azalıb, bəziləri üzrə isə artıb.

“Azalan bölgələrə Laçın, Sabirabad, Gəncə, Bakı, Ağcabədi, İmişli və Saatlı rayonları aiddir. Artan bölgələrə isə Yardımlı, Quba, Ağdam və Beyləqanı misal göstərmək olar. İlk dəfə olaraq, peşə təhsili müəssisələrində vakant yerlər müsabiqəyə çıxarılıb. Bu mərhələdə vakant yerlərin sayı ilkin olaraq qalır, sonra isə təhlillər aparılaraq,əlavə vakant yerlər çıxarılacaq.Bu istiqamətdə müvafiq təhlillər aparılacaq və ona uyğun digər bölgələr üzrə vakant yerlər çıxarılacaq. Struktur bölmələrinə isə bununla bağlı məlumatlar verilib. Sual oluna bilər ki, biz niyə bu vaxta qədər bu yerləri ortalığa çıxarmamışıq. Burada bir neçə məsələ öz əksini tapır. Bunlardan biri pandemiya şəraitində məktəblərin çox az şəkildə işləməsidir.Bununla bağlı təhlillər aparılır və müvafiq əmrlər veriləcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları