Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 17:25:00
Yeni onlayn sınaq imtahanı əlavə edildi-DİM

Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.

DİM OTK.az portalına rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib.

AzEdu.az-ın məlumatına görə, sınaq imtahanının test tapşırıqları tam yenidir və əvvəllər istifadə olunmayıb. Yeni variant onlayn sınaq imtahanı (Azərbaycan və rus bölməsi üzrə) da 2020-ci il iyul ayınadək ödənişsiz olacaq.

İmtahana yazılmaq üçün http://otk.az/?menu=courses&id_category=7 linkinə daxil ola bilərsiniz.

Hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 14748 istifadəçi tərəfindən 30089 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.