https://www.zirve.edu.az/
08.02.2020 16:19
II ixtisas qrupunda 5 ixtisas ləğv edildi, 4 yeni ixtisas yaradılıb

Azərbaycanda II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib. II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir:

1. Coğrafiya müəllimliyi

2. Tarix və coğrafiya müəllimliyi

3. Beynəlxalq münasibətlər

4. Regionşünaslıq (regionlar üzrə)

5. Sosiologiya

6. Beynəlxalq ticarət və logistika

7. Biznesin idarə edilməsi

8. Davamlı inkişafın idarə edilməsi

9. Dövlət və bələdiyyə idarəetməsi

10. İqtisadiyyat

11. Maliyyə

12. Marketinq

13. Menecment

14. Mühasibat

15. Statistika

16. Coğrafiya

17. Hidrometeorologiya

18. İdman menecmenti və kommunikasiya

19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

20. Turizm bələdçiliyi

21. Turizm işinin təşkili