Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 12:52:49
Dərsləri boykot edən müəllim işə qaytarıldı- FOTO

Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili fənnini tədris edən müəllimi Fuad Mehrəliyevin tələbləri yerinə yetirilərək məktəbə geri qaytarılıb.

AzEdu.az xəbər verir ki,  o, bu haqda özünün "Facebook" səhifəsində məlumat yayıb.

F.Mehrəliyev bildirib ki, yenidən dərslərə girməyə başlayıb:

“Tədrisə davam edirik. Əgər gələcəkdə yenə təzyiqlər olsa, yenə mübarizə aparacağıq. Bizə ingilis dili mərkəzi yaratmağa kömək edəcəklərini söylədilər. 

Mənə ən çox təsir edən şagirdlərimin dəstəyi oldu. Onlar dəstə-dəstə gəlib mənim məktəbdən getməyimi istəmədiklərini deyirdilər. Elə biz müəllimlərin də ən böyük qazancı o şagirdlərin təhsilidir. Dəstək olan hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, gənc müəllim məktəbdə ona qarşı edilən haqsızlıqlara görə narazılıq edərək dərsləri boykot etmişdi. Onun sosial şəbədəki paylaşımları qısa zaman ərzində böyük müzakirələrə səbəb olmuşdu.