Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 16:10:00
“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdəndir.

AzEdu.az xəbər verir ki, 1975-ci ildən fəaliyyət göstərən məktəb 2017-ci ildə əsaslı şəkildə təmir olunub. Hazırda ümumi təhsil müəssisəsində 1221 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 88 müəllim məşğul olur. Məktəbdə  təşkil edilən 5 məktəbəhazırlıq qrupuna 95 uşaq təhsilə cəlb edilib.

 2018-2019-cu tədris ilində məktəbin texniki və təbiət təmayüllü sinfini bitirən 21 məzundan 19-u tələbə adını qazanıb.

 Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.