Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 13:48:00
Nazirlik yanında İctimai Şuranın gələn ildəki ilk işi bu olacaq

Təhsil Nazirliyi yanında İctimai Şura “Fəaliyyət Planı”-na uyğun olaraq bölgələrdə təhsil işçiləri ilə görüşlər keçirir. Həmin görüşlər təhsilin mövqeyini öyrənmək, onu qiymətləndirmək,təhsil ictimaiyyətini narahat edən məsələləri gündəmə gətirmək və nəhayət baş verən problemləri Təhsil Nazirliyinə çatdırmaq məqsədi daşıyır.

İctimai Şuranın sədr müavini Nadir İsrafilov AzEdu.az-a açıqlamasında  növbəti ilin ilk rübündə planlaşdırılan səfərlər barədə məlumat verib:

“Fəaliyyət planımıza müvafiq olaraq ilk bölgə səfərimiz Lənkəran şəhərinə olub. Şəhər Təhsil Şöbəsində təhsil ictimaiyyəti ilə, Lənkəran Dövlət Universitetində isə professor-müəllim heyəti, və tələbə kontingenti ilə işgüzar görüşlərimiz olub. Yeni ilin ilk on günlüyündə isə Gəncə şəhərinə səfər etməyi nəzərdə tutmuşuq. Çalışacağıq ki, iki illik səlahiyyətimiz dövründə imkan daxilində ayrı-ayrı bölgələri əhatə edək, onların rəy və təkliflərini öyrənib ümumiləşdirək. İşimiz təkcə bununla bitmir. Təhsil Nazirliyinin Biləsuvar və Masallı rayonlarına təşkil etdiyi mediaturda və Ağdamın Quzanlı qəsəbəsində keçirilən Bayraq yürüşündə də öz dəstəyimizi əsirgəməmişik. Əmin edirəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək”.

“Pedoqoji ictimaiyyəti təhsilə dair qanunvericilik sənədləri və digər normativ –hüquqi aktlarla məlumatlandırmaq, onların rəy və təkliflərini dinləmək məqsədilə regional tədbirlər təşkil edilməsi fəaliyyətimizin əsas məqsəd və vəzifələrin biridir”-deyə N.İsrafilov əlavə edib.

Ayşə MÜSEYİB