Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 10:38:54
MİQ müsabiqəsində iştirak edəcək ən gənc və ən yaşlı namizəd - YAŞLARI    

Bu gündən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin ilk günündə alman dili və tarix müəllimi olmaq istəyən 2792 namizədin iştirakı gözlənilir.

AzEdu.az-ın məlumatına görə, 2013-cü ildən etibarən mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqələrdə rekord müraciət sayı  2016-cı ildə 38804, 2017-cı ildə 49335, 2018-cı ildə 50705, 2019-cu ildə 54687 olub. 54687 müraciətdən rekord sayda 51215 namizəd müsabiqədə iştirak hüququ qazanıb. 48204 namizəd müsabiqənin test mərhələsində, 2970namizəd 2018-ci ildə  keçirilmiş işə qəbul müsabiqəsi nəticəsinə əsasən iştirak hüququ qazanıb. Həmçinin, 32 namizəd diaqnostik qiymətləndirilmə imtahan nəticəsinə əsasən birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcək. Müsabiqədə iştirak hüququ qazanmış namizədlərin 82% qadın, 17%-i isə kişilər təşkil edir.

MİQ müsabiqəsində iştirak hüququ qazanmış ən gənc namizədin 17 yaşı  ən yaşlının isə 64yaşı var.

Qeyd edək ki, müsabiqədə iştirak edəcək 4894 namizəd ali və orta ixtisas təhsilli müəssisələrinin cari il üzrə məzunlarıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları