![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_4191572581548836874_91.jpg)
Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə "Məsəllər və deyimlər etimoloji lüğəti" və "Koroğlu dastanının lüğəti" kitabları təqdim olunub.
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan professor Qulu Məhərrəmli kitablar haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik, millət vəkili Nizami Cəfərov yeni nəşr olunmuş kitabların əhəmiyyətindən və xüsusən də dil mövzusunun qloballaşan dünyadakı yerindən danışıb. Akademik bildirib ki, son illər ölkəmizdə dil ilə bağlı məsələlərə geniş yer verilir:
"Bu dilin qorunması və inkişaf etdirilməsi baxımından çox doğrudur. Dil xalqın milli kimliyinin daşıyıcısıdr. Dili qorumaq da xalqı qorumaq deməkdir. Bu gün biz bir sıra sferalarda dillə bağlı pozuntularla qarşılaşırıq. Ancaq düşünürəm ki, hazırki zamanda dilimizin danışıq qaydalarında olan problemlər özünü daha qabarıq büruzə verir. Düşünürəm ki, təqdim olunan bu kitablar da xalqa xidmətin bariz nümunəsidir".
Daha sonra tədbirdə "Koroğlu dastanının lüğəti" kitabının müəllifi, Bakı Slavyan Universiteti "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasının dosenti, filologiya elmləri namizədi Şəhla Əhmədova və "Məsəllər və deyimlər etimaoloji lüğəti" kitabının müəllifi, "Altun kitab" nəşriyyat evinin rəhbəri Rafiq İsmayılov çıxış edərək kitabların hazırlanma mərhələləri haqqında tədbir iştirakçılarına məlumat veriblər.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)