Azedu.az

Zəhmətimin bəhrəsini görəndə çox xoşbəxt oldum - 700 bala NAMİZƏD

Xəbərlər

23 Aprel 2026, 20:17
Zəhmətimin bəhrəsini görəndə çox xoşbəxt oldum - 700 bala NAMİZƏD

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

İmtahan iştirakçıları arasında 9 nəfər 300 bal toplayıb. 

Onlardan biri də Zəhra Xammədovadır.

AzEdu.az bu münasibətlə Zəhra ilə həmsöhbət olub. 

O, zəhmətinin bəhrəsini görəndə çox xoşbəxt olduğunu qeyd edib:

"Humanitar fənlər təmayüllü məktəb-liseyin 11A sinif şagirdiyəm. İmtahan mənim üçün həyəcanlı keçdi, lakin orta səviyyəli idi və bu nəticəni də gözləyirdim. 4-cü ixtisas qrupuna hazırlaşıram. Hədəfim Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almaqdır. Qəbul imtahanından isə hədəfim 380-i keçməkdir”.

Maksimum nəticə topladığımı görəndə çox həyəcanlandım: 

“Açıq suallarıma neçə bal veriləcəyini bilmirdim. Lakin zəhmətimin bəhrəsini görəndə çox xoşbəxt oldum. 

Onu da deyim ki, 9 və 15 mart imtahanı arasında çox da fərq yox idi.

Abituriyentlərə tövsiyəm uğura gedən yolun əziyyətdən keçdiyini bilmələridir. Sona qədər vuruşun nəticəni gördükdə keçirdiyiniz o hiss hər şeyə dəyər".

İran Bakın belə HƏDƏFƏ ALDI - Bu dəfə nəyə hazırlaşırlar?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox